Servisdəki hər hərəkət bir sistemdə.
Masa sifarişindən mətbəx hazırlığına, stokdan xalis mənfəətə qədər restoranınızın bütün axınını real vaxtda idarə edin.
2× Steyk sendviç
1× Ev limonadı
Bir-birindən ayrı alətlər yox.
Bütöv işləyən platforma.
Kafem.az restoranın ön zalını, hazırlıq nöqtələrini və arxa ofisini eyni məlumat axınında birləşdirir.
Masa və sifariş axını
Açıq və bağlı masaları canlı izləyin, sifarişi bölün, köçürün, endirim və ləğvləri səlahiyyətlə idarə edin.
Mətbəx, bar və qəlyan
Hər məhsul avtomatik doğru hazırlıq nöqtəsinə düşür. Hazırlanır, hazırdır və təhvil statusları komandaya anında çatır.
Stok və real xalis mənfəət
Satılan məhsulun reseptinə bağlı stoklar avtomatik azalır; məhsul, masa və gün üzrə real maya dəyəri görünür.
QR menyu və qonaq təcrübəsi
Müştəri menyuya baxır, icazə veriləndə sifariş edir, hesabını görür və afisiant çağırır. Bank provayderi qoşulduqda onlayn ödəniş ayrıca aktivləşdirilir.
Hesabat və gün sonu
Təqvim gününə yox, real iş növbəsinə əsaslanan gün sonu. Satış, ödəniş, ləğv, endirim və işçi nəticələri bir ekranda.
Mobil komanda
Afisiant, kassa, mətbəx, bar, qəlyan və administrator üçün vəzifəyə uyğun mobil iş sahəsi və prioritet bildirişlər.
İş axını sürətli.
Məlumat axını dəqiq.
Sifariş bir dəfə daxil edilir və bütün sistem həmin məlumatla işləyir. Təkrar yazı, itən kağız və gecikən xəbər yoxdur.
Sifariş qəbul edilir
Afisiant tətbiqdən və ya qonaq QR menyudan sifarişi daxil edir.
Doğru stansiyaya yönəlir
Məhsul ayarına görə mətbəx, bar və ya qəlyan ekranına düşür.
Komanda sinxron işləyir
Hazır sifariş, afisiant çağırışı və gecikmə bildirişləri doğru əməkdaşa çatır.
Hesab bağlanır, nəticə yaranır
Ödəniş, stok çıxışı, satış və xalis mənfəət avtomatik hesablanır.
Komandanız yalnız lazım olanı görür.
Masa axını
Sahib
Ciro, xalis mənfəət, hesabatlar, stok, komanda və bütün obyekt axını.
Afisiant
Masalar, sürətli sifariş, hazırlıq bildirişi və verilmiş əməliyyat icazələri.
Mətbəx · Bar · Qəlyan
Yalnız öz stansiyasının sifarişləri, hazırlanma və təhvil axını.
Kassa · Administrator
Hesab bağlama, ödəniş bölgüsü, gün sonu və gündəlik idarəetmə.
Bir kafedən şəbəkəyə qədər hazır.
Hər kafenin məlumatı, istifadəçiləri və lisenziyası ayrıdır. Rol və əməliyyat icazələri serverdə yoxlanılır, dəyişikliklər audit tarixçəsində saxlanır.
Restoranınızı təxminlə yox,
real məlumatla idarə edin.
Biznesinizin iş axınına uyğun qısa təqdimat üçün müraciət edin.